Dünya

Vatikanda unikal sərgi açılıb

7 Fevral 2020 21:36
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mark Şaqal, Joan Miro, Anri Matiss və Edvard Munkun əsərləri Vatikandadır. Sarayın Böyük Karl cinahı ərazisindəki Bernini sütunları məkanında keçirilən sərgidə ilk dəfə olaraq XIX və XX əsrin bir sıra məşhur rəssamlarının 150 qrafik əsərini görmək mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vatikan kolleksiyasına əvvəllər yalnız mütəxəssislər üçün əlçatan idi.

Sərginin kuratoru Françeska Bosçetti deyib: "Qrafika xüsusi diqqət tələb edir. Əsərlər qaranlıqda saxlanılmalıdır, məkanda temperatura və rütubətliliyə nəzarət olunmalıdır. Bu səbəbdən belə incilərin sərgisinin təşkili xüsusi hadisədir. Bütün bu işləri yalnız ekspozisiya dövründə görmək mümkündür. Sərgidən sonra əsərlər saxlanmaya göndəriləcək".

Ümumilikdə, Vatikanın bu kolleksiyasında çap edilmiş əsərlər, qravür, rəsm və fotoşəkillərin sayı 4 mini əhatə edir.

Sərgi fevralın sonunadək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.