Dünya

Bu ölkədə mövsümi qripdən 38 nəfər dünyasını dəyişib

7 Fevral 2020 07:28
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanda 2 fevral tarixinə olan məlumata əsasən mövsümi qripdən 38 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli SəhiyyəTəşkilatı xəbər yayıb.

Bildirilir ki, ancaq son bir həftə ərzində qripdən dünyasını dəyişənlərin sayı 17 olub.

Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ağır qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiya şöbələrinə yerləşdirilib. Bu xəstələrdən yalnız 55-nə (36.4 faiz) qripə qarşı peyvənd edilib.

Mövsümi qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.