Dünya

Putin 4 generalı işdən çıxardı

6 Fevral 2020 21:36
0 Şərh     Baxış: 2 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin generallarını, habelə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəsi müavinini vəzifəsindən azad edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə prezidentin fərmanı rəsmi dövlət saytında dərc olunub. Vəzifəsindən kənarlaşdırılan generallar bunlardır:

DİN-in Amur vilayəti üzrə şöbə rəisi, general-mayor N.N.Aksenov

DİN-in Primorsk diyarı üzrə şöbə rəisi, general-mayor N.N.Afanasyev

Komi Respublikası DİN rəhbəri, general-mayor V.N.Polovnikov

Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.Q.Sarafanov

FHN-nin Çeçenistan Respublikasında Baş İdarəsinin rəisi, general-leytenant R.X.Yaxyev.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.