Dünya

Ərdoğan koronavirusdan necə qorunduğunu açıqladı

4 Fevral 2020 19:28
0 Şərh     Baxış: 2 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az bildirir ki, "Qafqazinfo" "Haberler"ə istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərdən birinin "Koronavirusa qarşı xüsusi tədbir görürsünüzmü" sualına belə cavab verib:

"Mənim bir tövsiyəm var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Hərarətə diqqət edin. Bunlar, əlbəttə, ilk göstəricilərdir. Hər şeydən əvvəl özünüzə inanın. Qidalarınıza fikir verin. Xüsusi tədbir deyəndə, inanın, belə bir tədbirim yoxdur. Bədəni güclü saxlamalıyıq. Bəzi dostlarımız sağ olsun, ara-sıra tut bəhməzi göndərirlər. Mən də hər səhər bir qaşıq tut bəhməzi içirəm. Çünki qan yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.