Dünya

Gecə klubunda tanış olduğu biznesmenin evinə gedən rəqqasənin vannadan cəsədi tapıldı - FOTO

4 Fevral 2020 13:56
2 Şərh     Baxış: 11 063
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İş adamının evinin mansarından qadın cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı rəqqasə, 27 yaşlı Kristina Dontsovanın cəsədi Cənubi Koreyalı iş adamı Lee Seung-Chul-un lüks villasında aşkarlanıb.

Hazırda rəqqasənin müəmmalı ölümü ilə bağlı araşdırmalar aparılır.

Ren TV-də yayılan görüntülərdə iş adamı ilə rəqqasənin birlikdə evə daxil olması əks olunub. İddialara görə, onlar svinqer ( partnyoru dəyişərək cinsi əlaqədə olma ) klubunda tanış olublar.

Rəqqasənin ölümü ilə bağlı şübhəli kimi ifadə verən iş adamı bildirib ki, rəqqasə duş qəbul etməyə gedən zaman o yuxulayıb.

İş adamının dediyinə görə, qızın öldüyünü səhər ayılanda bilib.

Onun cəsədində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, iş adamı alış-veriş mərkəzlərindən birinin icraçı direktorudur.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.