Dünya

Yaponiyanın "Takanami" hərbi gəmisi Oman körfəzinə yollanıb

2 Fevral 2020 10:11
0 Şərh     Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Takanami" esminesi Ərəbistan dənizinin şimalı və Oman körfəzi sularında patrul xidmətinə yollanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Takanami" esminesinin "Lockheed P-3 Orion" təyyarələri ilə birgə keşik çəkmə xidməti fevral ayının ortalarında başlayacaq. Təyyarələr artıq yanvarın 11-də Okinava adasından xidmət yerinə uçublar.

Əməliyyat bir il müddətinə nəzərdə tutulub və 260 Yaponiyanın özünümüdafiə qüvvələrinin hərbi xidmətçisinin iştirakı ilə keçiriləcək. Yaponiya gəmilərini qorumaq üçün fövqəladə hallarda silahlardan istifadəyə icazə verilib.

Bildirilir ki, Hörmüz Boğazı və Fars Körfəzi İranla tarixi dostluq münasibətlərinə "kölgə salınmaması" üçün patrul zonasına daxil edilməyiblər.

Qeyd edək ki, Yaponiyanın 2020-ci il büdcəsində Oman körfəzində patrul xidmətləri üçün 4,7 milyard yen (təxminən 43 milyon dollar) vəsait ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.