Dünya

"Əl-Qaidə" rəhbərini Yəmən HHQ vurub - İDDİA

1 Fevral 2020 12:19
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rəsmiləri "Ərəbistan yarımadasındakı Əl-Qaidə" terror qruplaşmasının lideri Qasim ər-Rayminin Yəmənə endirilən hava zərbələri nəticəsində öldürüldüyünü hesab edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, ABŞ bir neçə ay ərzində ər-Rayminin yerini müəyyən etməyə çalışıblar. 2019-cu ilin noyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsi terrorçunun Yəməndə olduğu barədə məlumat alıb. Daha sonra ər-Rayminin pilotsuz uçuş aparatları ilə axtarışları davam etdirilib. Yanvar ayında ABŞ Yəmənə hava zərbələri endirib.

Bildirilir ki, ABŞ rəsmiləri ər-Rayminin ölümü barədə bu məlumat təsdiq edildikdən sonra elan edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.