Dünya

İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

28 Yanvar 2020 15:24
0 Şərh     Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.

Nazirin sözlərinə görə, indiyədək İranda koronovirus ilə əlaqədar heç bir yoluxma halı qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.