Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Honkonqda qəzəbli etirazçılar koronavirus xəstələri üçün karantin zonası kimi təyin edilmiş boş yaşayış kompleksinə benzin bombaları ataraq binada yanğına səbəb olublar.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, binaya bazar günü gecə saatlarında Molotov kokteylləri ilə hücum edilib. Qeyd edilir ki, şəhərdə artıq altı koronavirusa yoluxma faktı təsdiqlənib. Yoluxma riskini azaltmaq üçün şəhər rəsmiləri digər tədbirlər sırasında sözügedən binadan koronavirusa yoluxmaqda şübhəli bilinən şəxsləri, habelə ailələrini yoluxdurmaqdan narahat olan tibb işçilərini yerləşdirmək üçün istifadə etməyi təklif ediblər.
Lakin onlarla qəzəbli yerli sakin və etirazçı kompleksin ətrafında yol maneələrinin quraşdırılmasına qarşı çıxıb və binalara Molotov kokteylləri atıblar. Çevik polis qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub.
"South China Morning Post" nəşri hadisənin videogörüntülərini "Twitter" səhifəsində paylaşıb.
Lakin sosial şəbəkələrdə yayılan bəzi görüntülər vəziyyətin daha tükürpərdici olduğunu göstərir. Belə ki, "Twitter"də yerləşdirilmiş videogörüntülərdən birində iddia olunur ki, Çinin yeni koronavirusa qarşı dezinfeksiya olunmuş bəzi kəndlərinin sakinləri yad şəxslərin kəndlərinə daxil olmasına mane olurlar.
Kadrlardan görmək olar ki, kənd sakinləri əllərində böyük dəyənəyə bənzər taxta parçası və ya süpürgə ilə yad şəxsləri qorxudaraq öz kəndlərindən uzaq tutmağa çalışırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Sənə ayıb olsun! - Netanyahu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
XƏBƏR LENTİ
-
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu





