Dünya

Özbəkistanın yeni hökuməti təsdiqləndi

25 Yanvar 2020 14:41
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Özbəkistan Respublikasının hökumət üzvlərinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Abdulla Aripov ölkənin Baş Naziri təsdiq edilib.

Bildirilir ki, Açilbay Ramatov Baş Nazirin birinci müavini, Camşid Kuçkarov Baş Nazirin müavini, maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təyin olunublar.

Əsas nazirliklərin isə rəhbərlərinin dəyişmədiyi bildirilir. Belə ki, XİN-nə Əbdüləziz Kamilov, Müdafiə Nazirliyinə Bahodır Qurbanov, DİN-nə isə Pulat Bobojonov rəhbərlik edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.