Dünya

Türkiyənin keçmiş Baş Naziri Bülənt Ecevitin xanımı Rahşan Ecevit vəfat edib

18 Yanvar 2020 08:48
1 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illər Türkiyənin Baş Naziri olmuş mərhum Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit 97 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rahşan Ecevit bir müddət idi ki, Ankarada Qata xəstəxanasında müalicə olunurdu.

Türkiyə siyasi tarixində mühüm rol oynamaqla tanınan Rahşan Ecevit Demokratik Sol Partiyası və Demokratik Sol Xalq Partiyasının qurucusu olub. "Aşk" romanının müəllifi, rəssam və yüksək səviyyədə ingiliscəsi olan xanım Ecevitin həyat yoldaşı Bülənt Ecevitin siyasi fəaliyyətindəki uğurlarında da böyük rolu olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.