Dünya

Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb

17 Yanvar 2020 20:45
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandda yeni tip koronavirusa ikinci yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu virusa 74 yaşlı çinli qadın yoluxub.

Hazırda o karantinə alınıb. Bundan əvvəl, Tailandda Çindən gəlmiş daha bir qadında yeni koronavirus aşkar olunmuşdu.

Qeyd edək ki, dekabrın sonlarında Çinin Uhan şəhərində pnevmaniyaya səbəb olan yeni tip koronavirusun yayıldığı açıqlanmışdı. Bu günədək bu virusdan 2 nəfər ölüb, 40 nəfər isə müalicə olunur.

Bir neçə gün əvvəl isə həmin virus Yaponiyada qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.