Dünya

Tramp administrasiyası Pentaqondan Meksika ilə sərhəddə divar inşasının maliyyələşdirilməsini istəyir

17 Yanvar 2020 08:39
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Pentaqona Meksika ilə sərhəddə 270 mil (434 kilometr) divarın inşasının maliyyələşdirilməsi üçün sorğu göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl ABŞ-ın federal apelyasiya məhkəməsi D.Tramp administrasiyasının Meksika sərhəddində divar tikmək üçün Pentaqonun büdcəsindən 3,6 milyard dollarl istifadə planını əngəlləyən aşağı pillədəki məhkəmənin qərarını ləğv edib.

Pentaqon sözçüsü sorğunun baxılmasının iki həftə çəkəcəyini söyləyib və ərizənin maliyyə komponenti barədə məlumat verməkdən imtina edib. O, sərhəd divarının tikintisinin maliyyələşdirilməsinə dair əvvəlki tələblərin Pentaqon tərəfindən yalnız qismən təmin olunduğunu qeyd edib.

Daha əvvəl Tramp, uzunluğu 500-550 mil olan bütün divarın 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər tikiləcəyini demişdir. Tramp administrasiyası, Meksika ilə sərhəddə yeni sədlər qurmaq üçün digər büdcə maddələrindən təxminən 3,6 milyard dollar alacağını söyləmişdir. D.Tramp, sərhəddə fövqəladə vəziyyət elan edilərkən Konqres tərəfindən başqa məqsədlər üçün ayrılmış vəsaitləri istifadə etməyə imkan verən şərtdən yararlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.