Dünya

Biznesmen, bəstəkar və xokkeyçi... - Rusiyanın yeni Baş Naziri

16 Yanvar 2020 22:51
0 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  8 il hökumətə rəhbərlik etmiş Dmitri Medvedevi bu postda əvəzləyən Mişustinin kimliyi KİV və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Yeni Baş Nazirlə bağlı bəzi məlumatları təqdim edirik:

Mixail Vladimiroviç Mişustin 1966-cı ilin martında Moskvada dünyaya gəlib. Moskva Dövlət Texniki Universitetində kompüter dəstəkli dizayn sistemləri ixtisası üzrə ixtisas alıb.

Baş Nazir vəzifəsinə qədər, 2010-cu ildən Federal Vergi Xidmətinin(FTS) rəhbəri vəzifəsini icra edib.

2008-2010-cu illərdə biznesə qoşulub, xüsusilə də Rusiyanın ən böyük özəl kapital fondları olan UFG şirkətlər qrupuna rəhbərlik edib. Həyat yoldaşı fondun strukturlarından birində çalışıb.

2015-ci ildə Rusiyanın "Forbes" nəşri Mişustini "Güc və Pul. Dövlət qulluqçularının gəlir dərəcəsi 2015" reytinqinə daxil edib. O, siyahıda 54-cü yeri tutub. Ailəsinin ümumi gəliri 183,31 milyon rubl, məmurun gəliri 23 milyon rubl təşkil edib. O zamanlar Mişustin 6 daşınmaz əmlaka sahib olub. 2019-cu ildə o, "Forbes"in sözügedən reytinqinə daxil ola bilməyib.

Mişustinin xanımı Vladlena Mişustina "Forbes" jurnalına görə Rusiyadakı 10 ən varlı dövlət məmurunun xanımlarından biri olub. O, 2016-cı ildə 160 milyon rubl gəliri ilə 9-cu yeri tutub.

Bu məqamda bildirək ki, yeni hökumət başçısının xanımının indiyə qədər mətbuatda fotosu yayılmayıb.

Mişustin idmanla məşğuldur və aktiv şəkildə xokkey oynayır. Rusiya Xokkey Federasiyasının İdarə Heyətinin üzvüdür. O, həmçinin Rusiya Federal Vergi Xidmətinin "Sportima" adlanan həvəskar xokkey komandasına rəhbərlik edir.

"Vedomosti" nəşri qeyd edir ki, o, pianoda çalır, həmçinin bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Belə ki, məşhur rusiyalı müğənni Qriqoriy Lepsin "Зола" və "Настоящая женщина" mahnılarının müəllifidir.

Mişustinlə xanımının 19, 18 və 10 yaşlarında oğulları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.