Dünya

İspaniyada partlayış: 3 ölü, 7 yaralı

16 Yanvar 2020 08:23
0 Şərh     Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Tarraqona əyalətində neft-kimya zavodunda baş verən partlayış zamanı azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan biri həlak olub.

Bildirilir ki, Tarraqona şəhərində partlayış zamanı həlak olanlarla əlaqədar ikigünlük matəm elan edilib.

Xatırladaq ki, neft-kimya zavodunda partlayış ötən gün baş verib. Partlayışın səbəbi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.