Dünya

İtaliyada ən çirkli şəhərlər müəyyən olunub

15 Yanvar 2020 22:05
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın ən böyük şəhərlərində havanın həddən artıq çirkli olması faktı təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilin əvvəlindən başlayaraq ölkə üzrə hava çirklənməsi dərəcəsi indiyədək olmuş maksimal həddə çatıb. Belə ki, Roma, Milan, Turin və Bolonya kimi şəhərlərdə nəqliyyat vasitələrindən çıxan zəhərli qazların havadakı miqdarı normadan dəfələrlə çoxdur. Bu zəhərli qazların tərkibi kükürd dioksidi, azot dioksidi, benzol, monooksid karbon, Pm 10 kimi maddələri ehtiva edir.

Məhz bu səbəbdən adıçəkilən şəhərlər, habelə Florensiya və Neapolda köhnə istehsallı və ya dizel yanacağı ilə çalışan nəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlər sərtləşdirilib. Məsələn, Romada yanvarın 14-dən etibarən dizel yanacağı ilə çalışan bütün modellərə qadağa qoyulub və yanvarın 15-dən sonra belə maşınların şəhərə gətirilməsi mümkün olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.