Dünya

2019-cu ildə Portu şəhərinin gəliri 15 milyon avrodan çox olub

15 Yanvar 2020 08:27
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portunun 2019-cu ildə turizm hesabına gəliri 15 milyon avrodan çox olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Portu şəhər iqtisadiyyat, turizm və ticarət şurasının müşaviri Rixardo Valentenin sözlərinə görə, mədaxilin ən böyük hissəsi (38,19 faizdən çox) əvvəlki kimi yenə də mehmanxana müəssisələrinin payına düşür. Bu göstərici üzrə ikinci yeri tutan qonaq evləri 34,39 faiz, "Airbnb"-də gecələmə yerləri 27,43 faiz gəlir gətirir.

Avropanın ən qocaman turizm mərkəzlərindən biri olan Portu 1996-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Son bir neçə ildə Portuda turizm xeyli inkişaf edib. Bu, Fransisko de Sa Karneyru aeroportundakı Ryanair mərkəzi ilə bağlıdır. 2015-ci ilin iyul ayında Leyhes limanında yeni kruiz terminalı açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.