Dünya

Ömrünü həbsxanda keçirən şəxs bu dəfə ömürlük cəza aldı

14 Yanvar 2020 09:51
0 Şərh     Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Minsk şəhər məhkəməsi Sergey Devkşə ikinci dəfə ömürlük həbs cəzası verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Devkş polis əməkdaşını öldürdüyünə görə artıq 15 il həbsdə olub. Bu dəfə isə o, öldürməyə cəhddə günahlandırılıb.

Məhkəmə ona 23 il həbs cəzası verib və bundan qabaqkı cinayətinə görə ömürlük həbsə məhkum edib.

Devkş əvvəllər bir neçə insanı öldürdüyünə görə həbsxana həyatı yaşayıb. Azadlığa çıxandan sonra o, 2001-ci ilin avqustunda polis əməkdaşını öldürüb.

Cinayətkara qarşı ölüm hökmü də çıxarıla bilərdi, lakin ikinci dəfə Avropa İttifaqında tutulduğuna görə ona ən yüksək cəza tətbiq olunmayıb. Bunun əvəzinə Devkş ard-arda iki ömürlük həbs cəzası alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.