Dünya

Qəza qurbanlarının meyitləri Kiyevə nə zaman qaytarılacaq?

13 Yanvar 2020 14:07
0 Şərh     Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İranda "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalıların meyitlərinin qaytarılması prosesindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz Feysbuk hesabındakı paylaşımında Ukraynanın Müdafiə Nazirliyinin idarə heyətinin 11 vətəndaşın cəsədini götürə bildikdən sonra bütün prosedurların bitəcəyini və heyətin Tehrandan qayıdacağını bildirib:

Onun sözlərinə görə, cəsədlər ukraynalı mütəxəssislər qəza yerində bütün lazımi prosedurları bitirdikdən sonra Kiyevə çatdırılacaq. Danilov qeyd edib ki, zəruri hallarda Ukrayna İrana əlavə qüvvələr göndərəcək.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın "Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.