Dünya

Britaniya səfiri İranda aksiyada iştirak etmədiyini bəyan etdi

12 Yanvar 2020 14:39
0 Şərh     Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr Tehranda aksiyaya qatılması və aksiyada iştirak etməsi barədə İran hakimiyyətinin ittihamını rədd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, R. Makeyr "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, aksiyada iştirak etməyib.

Səfir bildirib ki, qəzaya uğrayan Ukrayna təyyarəsində həyatını itirənlərin xatirəsinin yad edilməsi mərasiminə qatılıb: "Bu, qurbanların xatirəsinə hörmətdir, onların bir neçəsi britaniyalıdır. Mən həmin yeri tərk etdikdən 5 dəqiqə sonra şüarlar səsləndirilib".

Xatırladaq ki, dünən İran hüquq-mühafizə orqanları Böyük Britaniya səfirini Əmir Kəbir adına Texnologiya Universiteti yaxınlığında aksiyada iştirak etmək, aksiyaya rəhbərlik etməyə çalışmaqda ittiham edərək saxlayıb. Daha sonra buraxılan səfir bu gün olayla bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Böyük Britaniya Xarici İşlər naziri Dominik Raab səfirin saxlanılmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.