Dünya

Gülnarə Kərimovanın evindən 985 sənət əsəri aşkar edilib

12 Yanvar 2020 10:17
0 Şərh     Baxış: 1 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın sabiq Prezidentinin qızı Gülnarə Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.

Özbəkistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnarə Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar. Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnarə Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.