Dünya

Hindistanda öldüyü zənn edilən qadın dəfn mərasimində dirildi

10 Yanvar 2020 15:18
0 Şərh     Baxış: 1 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda öldüyü zənn edilən qadın dəfn mərasimi zamanı dirilib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə "The Hindu" saytı məlumat yayıb.

Hadisə Hindistanın Karnataka ştatında baş verib. Belə ki, Malatu Çauqili yüksək hərarətlə yerli xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra o, huşunu itirib və həkimlər xəstəyə ölüm diaqnozu qoyublar.

Bundan sonra xəstənin yaxınları onu evə aparıblar. Lakin M.Çauqili dəfn mərasimində qəflətən gözlərini açıb və ayağa qalxıb.

Sonradan həkimlər səhvlərini etiraf ediblər və qadının komaya düşdüyü məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.