Dünya

İranın raket hücumundan sonra ABŞ bazalarının peyk görüntüləri - FOTO

9 Yanvar 2020 11:16
0 Şərh     Baxış: 2 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"National Public Radio" saytında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına təşkil etdiyi hücumun peykdən qeydə alınan şəkilləri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saytda yerləşdirilən fotolarda raket hücumları nəticəsində zədələnmiş anqar və binalar nümayiş etdirilib.  

Bildirilir ki, azı beş hərbi tikiliyə ciddi ziyan dəyib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ hərbi obyektlərinə hücumu general Qasım Süleymaninin qətlə yetirilməsinə cavab olaraq həyata keçirilib.

İran tərəfi hücum nəticəsində 80 ABŞ hərbçisinin həlak olduğunu elan edib. Baş verən hadisələrlə əlaqədar çıxış edən Donald Tramp isə hücum nəticəsində amerikalı hərbçilər arasında itki olmadığı barədə açıqlama verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.