Dünya

Norveç Kralı xəstəxanaya yerləşdirilib

9 Yanvar 2020 08:03
0 Şərh     Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç Kralı V Harald dekabrın 8-də xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Norveç Kral ailəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir: "Əlahəzrət Kral V Harald, dekabrın 8-də baş gicəllənmə səbəbiylə xəstəxanaya yerləşdirilib. Heç bir ciddi xəstəlik tapılmayıb".

Səhhətində problemlər səbəbi ilə 87 yaşlı Kral iki həftə xəstəlik məzuniyyətinə çıxacaq. Bu müddətdə onun vəzifələrini oğlu, Vəliəhd Şahzadə Hokon icra edəcək.

Norveç Teleqraf Bürosunun məlumatına görə, səhhəti ilə əlaqədər Kral V Harald bir sıra rəsmi tədbirlərdə iştirak etməyəcək.

Qeyd edilir ki, Norveç Kralı Miladdan bir müddət əvvəl virus infeksiyası səbəbiylə səhhətində problemlər yaşamışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.