Dünya

Avstraliyada minlərlə dəvə məhv ediləcək

8 Yanvar 2020 20:40
14 Şərh     Baxış: 2 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti ölkədə minlərlə dəvənin məhv edilməsi ilə bağlı qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə 10 minədək dəvənin öldürülməsi planlaşdırılır.

Qeyd olunur ki, dəvələr həddindən artıq su içir və bununla da meşə yanğınlarının söndürülməsi üçün lazım olan su ehtiyatlarını azaldır.

Dəvələrin bəzən su axtarışı ilə aborigenlərin evinə daxil olduğu da deyilir.

Heyvanların məhv edilməsi üzrə beşgünlük kampaniya həyata keçiriləcək.

Dəvələrin cəsədlərinin yandırılacağı və ya basdırılacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.