Dünya

Qəzaya düşən təyyarənin qalıqları üzərində müəmmalı izlər tapıldı - FOTO

8 Yanvar 2020 13:25
3 Şərh     Baxış: 8 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

176 nəfərə məzar olan "Boeing 737" təyyarəsinin qalıqlarının görüntüləri yayılıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, təyyarənin qəzaya düşdüyü deyilsə də, dəmir parçalarının üzərindəki mərmi izləri fikir müxtəlifliyi yaradıb. Bu izlər təyyarənin vurulması iddialarını daha da gücləndirib.

"İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib", - İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib.

Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.