Dünya

Ukrayna aviaşirkəti Tehrana reysləri dayandırdı

8 Yanvar 2020 12:31
0 Şərh     Baxış: 1 693
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Tehrana reysləri dayandırdığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Reyslərin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.