Dünya

2 yaşlı uşağın 46 milyon dollarlıq ölümü - FOTO

8 Yanvar 2020 23:15
1 Şərh     Baxış: 4 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçə məxsus mebel firması İKEA, Kaliforniya əyalətində üzərinə çəkməcə düşən uşağın ailəsində 46 milyon dollar təzminat ödəyəcək.

Milli.Az xəbər verir ki, Cozef adlı 2 yaşlı uşaq 2017-ci ilin may ayında evdə oynayarkən çəkməcənin altında qalaraq dünyasını dəyişib. 32 kilo ağırlığı olan həmin mebel daha əvvəl üç uşağın ölümünə səbəb olduğu üçün firma tərəfindən geri çağırılıb. Uşağın valideynləri məhkəməyə müraciət edərək ''İki yaşındakı bir uşağın 76 santimetrlik mebeli aşırda biləcəyini və öləcəyini ağlımıza gətirməzdik. Sonra öyrəndik ki, həmin çəkməcə yanlış dizayn olunub.

"Yaşadığımız hadisəni ona görə danışırıq ki, istəmirik digər ailələr də bizim kimi bədbəxt olsunlar'', - deyə ailə bidirib.

Uşaqlarını bədbəxt hadisə nəticəsində itirən cütlük İKEA firmasından 46 milyon dollar təzminat alacaq. Lakin onlar həmin təzminatın 1 milyon dollarını uşaqları qoruyan dərnəyə bağışlayacaqlarını bildiriblər. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.