Dünya

Sosial şəbəkələrdə şərhlərə görə həbs cəzası

8 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəxsiyyəti açıqlanmayan Çexiya vətəndaşını sosial şəbəkələrdə zorakılığı və terrorizmi dəstəklədiyinə və təbliğ etdiyinə görə 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya Baş Prokurorluğu Əfqanıstanda çexiyalı əsgərlərin öldürülməsini bəyənən şəxsin məhz bu cür cəzalandırılmasında israr edirlər. Müttəhim özünün "Facebook" səhifəsində əsgərlərin öldürülməsini bəyənən status yazıb.

Söhbət 2018-ci ilin avqustunda beynəlxalq koalisiyanın qərargahı yanında intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində həlak olmuş üç çexiyalı əsgərdən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.