Dünya

Tramp İraqı sanksiyalarla hədələdi

6 Yanvar 2020 18:04
1 Şərh     Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp İraqı Bağdad tərəfindən "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən danışıb.

"Əgər hansısa bir düşmənçilik olsa və onlar bizə qəbuledilməz görünəcək nəsə etsələr, sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar", - Tramp deyib.

O, həmçinin bildirib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəniş etməyincə ABŞ qoşunları İraqdan çıxmayacaq:

"Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəniş etməyincə, heç yana getməyəcəyik", - Tramp bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.