Dünya

İran nüvə anlaşmasından imtina etdi

5 Yanvar 2020 22:41
13 Şərh     Baxış: 3 160
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzaladığı məhdudiyyət şərtlərinə bundan sonra əməl etməyəcək.

Milli.Az İranın dövlət telekanalı İRİB-ə istinadən bildirir ki, rəsmi Tehranın yaydığı bəyanata görə, İran nüvə anlaşması ilə bağlı öhdəliklərin icrasına yalnız ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvindən sonra dönəcək.

Eyni zamanda, İran nüvə anlaşmasında nəzərdə tutulan və uranın zənginləşdirilməsi üçün olan sentrifuqaların son məhdudiyyətindən də imtina etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.