Dünya

Avstraliyaya yanğınları söndürmək üçün 100-dən çox insan göndərilib

5 Yanvar 2020 10:13
0 Şərh     Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Avstraliyadakı yanğınların söndürülməsinə kömək etmək üçün 100-dən çox insan göndərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzində bildiriblər.

Vurğulanıb ki, son dörd həftə ərzində ABŞ, Kaliforniya ştatı da daxil olmaqla, bütün ölkədən Avstraliyaya 100-dən çox yanğınsöndürən göndərib:

"Yaxın gələcəkdə bu iş üçün daha çox resurs səfərbər etmək planları var. Avstraliyalı həmkarlarımızla sıx işləyirik və onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Məlumata əsasən, Amerikalı yanğınsöndürənlər artıq Avstraliyaya gələrək fəlakətlə mübarizəsinə qoşulublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.