Dünya

Beş şirkətə bomba dolu qutu göndərildi

3 Yanvar 2020 11:34
0 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandda həftə ərzində beş şirkətə bomba dolu qutu göndərilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qutular Amsterdam, Rotterdam, Utrex şəhərlərində iki yanacaqdoldurma məntəqəsinə, hotellərə, avtomobil satışı və daşınmaz əmlak müəssisələrinə göndərilib.

Polisdən verilən məlumata görə, ciddi bədən xəsarəti yarada biləcək bombalar partlamayıb.

Eyni zamanda, qutularda Rotterdamda yerləşən şirkətə CIB-ə (Beynəlxalq Kommersiya Bankı) borcu olduğunu bildirilən məktub da ünvanlanıb.

Daha sonra eyni qutu təşkilatın qərargahında tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları CIB-dən bağlamaları götürərkən diqqətli olmağa çağırsalar da, onun hadisədə iştirakını istisna ediblər. 

Polis əməkdaşları bütün bombaları bir adamın göndərdiyinə inanırlar, amma indiyə qədər kimin göndərdiyini tapa bilməyiblər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.