Dünya

Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçib

2 Yanvar 2020 11:14
0 Şərh     Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.

Özbəkistan eyni vaxtda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.