Dünya

Estoniyada məişət zorakılığı halları ötən illə müqayisədə artıb

1 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın "ETV" kanalında yayımlanan "Aktual kamera" xəbərlər buraxılışında verilən məlumata əsasən, Milad bayramı ərəfəsində ölkədə məişət zorakılığı halları keçən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda yol-nəqliyyat hadisələrinin sayının azaldığı da bildirilib.

Estoniyanın Polis və Sərhəd Mühafizə Şurasına (PPA) bayram ərəfəsində məişət zorakılığı ilə əlaqədar ötən il 178 çağırış daxil olmuşdusa, bu il bu rəqəm 195 olub.

PPA təkcə dekabrın 25-də qanunla müəyyən edilmiş sürət həddini aşan 33 sərxoş sürücünü saxlayıb ki, bu da narahatçılıq doğurur.

Patrul əməliyyatlarının rəhbəri Varmo Reyn deyib ki, Yeni il axşamı, xüsusən də gecə saatlarında ölkədə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.