Dünya

Avstraliya rəsmiləri: Yanğınların miqyası genişlənə bilər

31 Dekabr 2019 11:43
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya rəsmiləri bazar ertəsi yeni və genişlənən yanğınlar təhlükəsi barədə xəbərdarlıq edib.

Xüsusi narahatlıq mənbəyi ölkənin cənub-şərq sahilləridir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, rəsmilər qızmar və küləkli hava şəraitinin ayrı-ayrı yanğınları birləşdirərək, genişləndirəcəyindən və bunun həyatlara və evlərə təhlükə yaradacağından ehtiyat edir.

"Ən şox tövsiyə edilən strategiya yollarda olmamaqdır. Sürücülük çox təhlükəlidir və təkcə tüstüyə görə yox. Qərqi Gippslenddəki yanğınlar təhlükəli sürətlə hərəkət edir," deyə Avstraliya polis və fövqəladə hallar naziri Lisa Neville bildirib.

Avstraliyanın ikinci böyük şəhəri Melburn ətrafında da yeni alovlar qeydə alınıb və rəsmilər sakinlərə evlərində qalmağı tövsiyə edir.

Yanğınsöndürmə rəsmiləri yay mövsümündə yanğınlardan ən çox zərər görən Yeni Cənubi Velsdə bazar ertəsi 100 yanğının baş verdiyini bildirib.

Rəsmilər bu mövsüm baş verən yanğınların ən azı 9 nəfərin ölümünə, 1000-dən çox evin tamamilə yanmasına səbəb olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.