Dünya

Seyşel adalarında akula turisti yaraladı

30 Dekabr 2019 19:59
0 Şərh     Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Seyşel adalarında akula turist qadına hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində fransalı turist qolundan ciddi xəsarət alıb.

Qadın xəstəxanaya yerləşdirilib və qolundan əməliyyat olunub, onun həyatına təhlükə olmadığı deyilir.

Hücumun baş verdiyi ərazi əhatəyə alınıb. Həmin bölgədə çimmək müvəqqəti qadağan edilib.

Qeyd edək ki, sonuncu dəfə 2011-ci ilin avqustunda Seyşel adalarında iki nəfər akula hücumunun qurbanı olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.