Dünya

Almaniyada təyyarə bələdçilərinin tətili səbəbindən 170 aviareys ləğv edilib

30 Dekabr 2019 22:51
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Germanwings" aviakompaniyası bələdçilərin tətili səbəbindən təxminən 170 reysi ləğv edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ufo həmkarlar ittifaqlarının məlumatına görə, tətillər yanvarın 2-nə qədər davam edəcək.

"Lufthansa" kompaniyasının törəməsi olan "Germanwings" ilə Ufo arasında münaqişə artıq bir neçə ildir ki, davam edir. Həmkarlar ittifaqı bələdçilərin maaşlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını istəyir.

Noyabr ayında keçirilən etiraz aksiyaları səbəbindən 1,5 minə yaxın aviareys ləğv olunmuş, tətillər 200 min sərnişinə təsir etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.