Dünya

Litvada qaz balonlarından istifadə qaydalarına məhdudiyyətlər qoyulacaq

29 Dekabr 2019 22:10
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 1-dən Litvada qaz balonlarından istifadə üçün daha sərt qaydalar tətbiq olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qaydaların tətbiqi balonların istifadəsi zamanı bədbəxt hadisələrin qarşısını almaq üçün nəzərdə tutulub. Bu cür balonlar yalnız yanğın zamanı onları partlamadan qoruyan müdafiə klapanları ilə istifadə edilə bilər.

Dövlət Enerji Tənzimləmə Xidmətinin verdiyi məlumata əsasən, hər il qaz balonlarının quraşdırılması və istismarı qaydalarının pozulması səbəbindən faciə ilə nəticələnən 2-3 qəza, balonların qırılması və ya yanğınlar zamanı onların partlaması ilə bağlı isə 10-12 hadisə baş verir.

Litvada indiyədək əksəriyyəti GOST standartlarına uyğun istehsal olunan köhnə tipli balonlardan istifadə edilir. Energetika Nazirliyinin məlumatına görə, Litvada belə balonların sayı 200-400 min arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.