Dünya

Mayalılara aid yeni saray tapılıb

28 Dekabr 2019 21:58
0 Şərh     Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın cənub-şərqində Mayalılara aid saray tapılıb.

Meksika arxeoloqları Meksikanın Yukatan ştatındakı Kuluba arxeoloji sahəsində yeni Maya Sarayı kəşf ediblər.

Aşkar olunmuş sarayın uzunluğu 50 metr, hündürlüyü isə 6 metrdir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, inşaat materialları bu sarayda 600-cü il ilə 1050-ci illər arasında iki fərqli dövrdə insanların yaşadığını göstərir.

Kolumbdan öncəki dövrə aid Maya şəhərindəki bu sarayla birlikdə mütəxəssislər başqa dörd tikilini - altar, yaşayış üçün nəzərdə tutulan iki sahə və bir soba olduğu düşünülən bir tikili aşkar edib.

Kuluba daimi tədqiq edilən və axtarışların aparıldığı arxeoloji ərazidir.

Güdrətli Maya imperiyasının ən düclü dövrü təxminən 250- 900-cü illərdə yaşanıb və klassik dövr adlanıb. O dövrlərdə imperiya hazırda Qvatemala, Honduras və Salvadorun qərb hissəsində olan əraziləri əhatə edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.