Türkiyə sahillərində, Aralıq dənizində 3,7 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:48-də qeydə alınıb.
Zəlzələnin episentri Antalya vilayətinin Qazipaşa rayonunda, ocağı isə 41,72 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.
Milli.Az