Dünya

Uruqvayda 4,4 ton kokain götürülüb

28 Dekabr 2019 08:53
1 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uruqvay hakimiyyət orqanları Montevideo limanında təxminən 1 milyard dollar dəyərində 4,4 ton kokain olan konteyner ələ keçirdiyini deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha sonra Soriano departamentində başqa 1 ton narkotik vasitəsi götürülüb, hadisə yerində yük şirkətinin sahibləri saxlanılıb.

Uruqvay gömrüyün rəhbəri Hayme Borxi bildirib ki, söhbət ölkə tarixindəki ən böyük müsadirədən gedir.

Bildirilib ki, soya fasulyəsi olan qablarda ümumi kütləsi 4417,7 kiloqram olan sıxılmış kokain briketləri Afrikanın Toqonun paytaxtındakı Lome limanına göndərilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.