Dünya

Rusiyanın Baş Qərargah rəisinin müavininə cinayət işi açıldı

26 Dekabr 2019 14:41
0 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada məhkəmə Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "İstifadəsinə həbs qoyulan əmlak dəyəri milyonlarla rubl olan torpaq sahələri və daşınmaz əmlakdır. Əmlaka qoyulan həbs Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (böyük ölçüdə dələduzluq) üzrə müvəqqəti tədbir kimi müsadirə edilib", - mənbə açıqlamasında bildirir.

Agentliyə məlumat verən mənbə əlavə edib ki, X.Arslanov Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsini icra etməkdə davam edir, lakin hazırda yüksək rütbəli hərbçi məzuniyyət götürərək faktiki olaraq vəzifələrini icra etmir.

Xəlil Abduxalimoviç Arslanov 1964-cü ildə Ulyanovsk vilayətində anadan olub. 1981-ci ildən orduda xidmət edir, Rusiya Silahlı Qüvvələrinin rabitə idarəsinin rəisi, Baş qərargah rəisinin müavinidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.