Dünya

Putin 5 generalı işdən çıxardı

26 Dekabr 2019 09:27
0 Şərh     Baxış: 2 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Moskva metropoliteni üzrə daxili işlər idarəsinin rəisi, general-mayor Nikolay Savçenkonu vəzifəsindən azad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Qərarın bir neçə gün əvvəl qəbul olunduğu bildirilir.

Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, Federal Penitensiar Xidmətin və Fövqəladə Hallar Nazirliyinin bir neçə rəhbərinin də vəzifələrindən azad edildiyi deyilir. Onların arasında Omsk vilayətinin prokuroru Anastas Spiridonov və FPX-in kadrlar şöbəsinin müdiri, polkovnik Aleksandr Piroqov da var.

Putinin sərəncamı ilə vəzifədən kənarlaşdırılan digər generallar bunlardır:

Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş idarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

Rusiya İstintaq Komitəsinin Kriminalistika İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Sergey Ryabov;

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq universiteti üzrə rəisi, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Vladimir Putinin digər sərəncamı ilə yeni vəzifəyə təyinat alan generallar:

Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini - FHN Xüsusi İdarəsinin rəisi;

Polis general-mayoru Leonid Kolomiyts, DİN-in Tümen vilayəti üzrə İdarəsinin rəisi;

Polis general-mayoru Aleksandr Pryadko DİN-in Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.