Dünya

Bu terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir

25 Dekabr 2019 20:04
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sülh çeşməsi" əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əliqanlı terror təşkilatı PKK/YPG "Fərat qalxanı" əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.

Nazirlik bildirib ki, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.