Dünya

Qatar iki piyadanı vurub kənara tulladı - VİDEO

24 Dekabr 2019 10:23
0 Şərh     Baxış: 1 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada qatar dəmir yol keçidindən keçən 2 nəfəri vurub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident dekabrın 20-si axşam saatlarında Kiyevin "İrpen" stansiyasında qeydə alınıb. Hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, qatarın stansiyaya sürətlə yaxınlaşdığı və eyni anda dəmir yol keçidindən keçməyə çalışan iki nəfəri vurduğu görülür. Zərbənin təsirindən qadın və kişi kənara düşür.

Yerli medianın məlumatına görə, hər iki yaralı sağ qalıblar. Qadın yüngül sıyrıqlarla xilas olub, kişi isə xəstəxanaya aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.