Dünya

Makron prezident təqaüdündən imtina etdi

22 Dekabr 2019 17:46
0 Şərh     Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ona ayrılacaq təqaüddən imtina edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, məlumatı Yelisey Sarayındakı mənbəyə istinadən "Parisien" nəşri yayıb.

Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.

Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.

Makronun qərarı dövlət başçısının "ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək" arzusu ilə izah olunur.

Xatırladaq ki, 3 həftədir Fransada yeni pensiya islahatlarına qarşı tətillər və etirazlar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.