Dünya

"Cəsədi asit turşusuyla əritdik" deyən qadından canlı yayımda ŞOK ETİRAF - VİDEO

20 Dekabr 2019 16:31
1 Şərh     Baxış: 3 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ATV kanalında yayımlanan  "Müge Anlı ilə Tatlı Sert" verilişində 3 ildir itkin düşən Məhmət Məhərrəm Elbayın axtarışları davam etdirilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, verilişə qızını axtarmaq üçün gələn Zeynep Ergülün  ətrafındakılara "Evə su daşımaq üçün həyətdə su quyusu qazdıq. Ancaq oradan su çıxmadı. Mən, həyat yoldaşım və Cahit Mehmetin ölüsünü quyuya atdıq. Üzərinə də asit turşusu tökdük, axtarsalar da tapmazlar" dediyi iddia edilib. Bununla da o, özünü ifşa edib.

Ancaq Z.Ergül daha sonra Elbayın quyuya atıldı iddiasını isə yalanlayıb, "Mən elə bir şey bilmirəm" deyib. 

Bundan sonra Elbayın itkin düşmə hadisəsində ən çox Zeynep və Cahit Ergüldən şübhələnməyə başlayıblar. Canlı yayıma gələn polislər tərəfindən bölməyə aparılan Z.Ergülün ifadəsi alınıb.  

Məhmət Məhərrəm Elbayı öldürməkdə şübhəli bilinərək saxlanılan Zeynep Ergül və Cahit Ergül cinayəti etiraf ediblər. Cinayətdə şübhəli bilinən bacı-qardaş məhkəmə qarşısına çıxarılıb və daha sonra həbsxanaya göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.