Dünya

Şəkərli diabet xəstələrinin sayına görə Türkiyə Avropa ölkələri arasında birincidir

20 Dekabr 2019 23:09
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son bir ildə Türkiyədə şəkərli diabet xəstələrinin sayı iki dəfə artıb. Xəstəliyin yayılması baxımından Türkiyə Avropa ölkələri arasında birinci sırada yer alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu artım 0-14 yaş arasında uşaqlara da təsir edib. Son beş il ərzində ölkədə bu yaş aralığında 20 mindən çox diabet xəstəsi qeydə alınıb.

Hazırda ölkədə 8 milyondan artıq diabet xəstəsi var.

Statistik rəqəmlərə görə, dünyada hər dörd şəkərli diabet xəstəsindən birinin ayaqlarda yaralar meydana gəlir. Bu səbəbdən hər 20 saniyədə bir insan ayağını itirir.

Mütəxəssislər xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicə edilməsi ilə bu rəqəmin 85 faiz azala biləcəyini deyirlər. Xəstəliyin qarşısının alınması üçün isə düzgün qidalanma və idman ən vacib amil olaraq göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.