Dünya

22 yaşlı qız 14 yaşlı oğlanı evə gətirib, zorla cinsi əlaqədə oldu - FOTO

20 Dekabr 2019 12:48
3 Şərh     Baxış: 10 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeniyetmə oğlanı cinsi əlaqədə olmağa məcbur edən 22 yaşlı qadın saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, 14 yaşlı məktəblini cinsi əlaqədə olmağa və narkotik maddə satmağa məcbur edən 22 yaşlı Irabelis Carrazana həbs olunub.

ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan Irabelis 14 yaşlı oğlanı zorla evində saxlayaraq onunla dəfələrlə cinsi əlaqədə olub, həmin anları mobil telefonla videoya çəkib və onu narkotik maddələr satmağa məcbur edib.

Qadın etdiyi səhvləri boynuna alıb və azyaşlı ilə cinsi əlaqədə olduğu zaman çəkilən görüntüləri polislərə göstərib. Hazırda 15 yaşı olan oğlan ifadəsi zamanı bildirib ki, Irabellis 14 yaşından bəri onunla cinsi əlaqədə olub.

Ötən gün məhkəməsi keçirilən qadına gələn ilin yanvar ayının 2-ci həftəsində hökm oxunacaq.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.